Bu obyektlərdə qaz qurğuları quraşdırmaq qadağandırbackend

Qaz qurğularının quraşdırılması qadağan edilən obyektlər açıqlanıb.

Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair Tələblər”-də əksini tapıb.

Qaydalara əsasən, məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz qurğularının quraşdırılması qadağandır.

İstehlakçılar, o cümlədən məişət abonentləri tərəfindən bu tələblərə əməl edilmədən qaz qurğularının özbaşına quraşdırılmasına yol verilmir.