Bu ölkədə koronavirus azyaşlılar arasında yayılırbackend
Avstraliyada dörd azyaşlıda koronavirus aşkar edilib.
Bununla da, ölkədə ümumilikdə beş uşağın COVID-19-a yoluxması müəyyən edilib.
Avstraliyada koronavirusdan ölənlərin sayının 19 nəfərə çatdığı bildirilir.
4557 nəfərin isə bu virusa yoluxduğu qeyd olunur.
Ölkədə karantin qaydaları çərçivəsində insanların bir metr sosial məsafəni gözləmək şərti daxil olmaqla, iki nəfərdən artıq toplaşmaqları qadağan edilib.
70-dən çox yaşı olan şəxslərə gündə bir dəfə küçəyə çıxıb gəzməyə icazə verilir.
///Oxu.az