Bu ölkədə qızların oxuması qadağan edildibackend

Əfqanıstanda Taliban hərəkatının universitetlərə qəbulunu qadağan etdikdən sonra qızların ali təhsil alması qadağan edilib.
Adının çəkilməsini istəməyən Kabildən olan bir tələbə çərşənbə günü səhər universitetin binasına buraxılmadığını deyib.
“Bu səhər universitetə getdim, amma məni içəri buraxmadılar. Tək mən yox, başqa tələbə qızlar da evə ümidsiz qayıtdı”, – deyə tələbə bildirib.

“Yeni Gundem”-in verdiyi məlumata görə, silahlı taliblər universitetlərin girişində növbətçilik edir və qızları içəri buraxmırlar.
Həmin ərəfədə Əfqanıstanda qadınların ali təhsil almasını qadağan edən qanunun tətbiq edildiyi məlum olub.

Müvafiq qərar hökumətin iclasından sonra elan edilib. Əfqanıstan Ali Təhsil Nazirliyinin sözçüsü Ziaullah Haşmi ölkədəki ali təhsil müəssisələrindən qadağanı ən qısa zamanda tətbiq etmələri və agentliyə məlumat vermələri istənilib.

Ayşən