“Bu oyunların və qarayaxmaların arxasında rayonda görülən işləri gözü götürməyənlər dayanır” – REAKSİYAbackend

Son günlər bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən Qazax rayon rəhbərliyi üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı” dərhal hiss olunur. Əslində ölkə boyu bütün sayt və digər kiv-lər yaxşı fərqindədirlər ki, Qazaxda böyük inkişaf və müsbətə doğru addımlar atılır. Buna görə də heç kəs,yəni vicdanı olan kəslər yalana, böhtana baş vurmağın mənasız olduğunu dərk edərək, Qazax haqqında uydurmalara baş qoşmurlar.

Rəcəb Babaşov Qazax rayonuna rəhbər təyin olunandan sonra icra başçısının qapısı hər kəsin üzünə açıqdır. Camaatın psixologiyasını və rayonun potensialını yetərincə yaxşı bilməyinə baxmayaraq, o, demək olar ki, hər bir məsələ ilə bağlı ağsaqqallarla, gənclərlə, mütəxəssislərlə məsləhətləşməyi, onların da fikrini və mövqeyini öyrənməyi lazım bilir. Bu, icra başçısı kimi onun iş üslubunu səciyyələndirən başlıca məqamlardan bəlkə də birincisidir.

İcra başçısının ölkə Prezidentinin vəzifəli şəxslər qarşısında qoyduğu tələblərə uyğun olaraq sərgilədiyi belə sadə, həm də ziyalı davranışının nəticəsidir ki, Qazax bu gün həm də vətəndaş-dövlət münasibətlərinin son dərəcə səmimi, mehriban və işgüar məcrada inkişaf etməkdə olduğu rayona çevrilib. Sözsüz ki, son illər Qazaxlıların bütün sahələrdə əldə etmiş olduğu uğurların mayasında həm də rayonda hökm sürən belə bir xoş mənəvi-siyasi ab-hava durur. Amma görünür bu kimlərisə narahat edir və şər, böhtan kampaniyası aparır.

İcra başçısına qarşı böhtan və qarayaxmalar heç bir əhəmiyyət kəsb etmir

Bu günlərdə sosial şəbəkələrdə şərləmə ittihamları ilə çıxış edən Təyyar İbrahimov adlı şəxsin niyyəti də eyni məzmunludur. Məlumat üçün bildiririk ki , Teyyar Ibrahimov əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Insan alveri maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir .

Azərbaycan Qarabağ müharibəsi əlilləri Veteranları Şəhid ailələrinin ictimai birliyinin Qazax rayon filialının sədri X.R.Balayev Mediaxeberleri.Az saytına açıqlamasında bildirib ki, bu günlərdə sosial şəbəkələr vasitəsi ilə Qazax rayon rəhbərliyinə qarşı qarayaxma kampaniyalarına yenidən start verilib. Xüsusən internet mediasında yer alan əsassız, qeyri-obyektiv və peşəkarlıqdan uzaq yazıları reket saytlar daha çox tirajlayır. Əlbəttə, biz başa düşürük ki, neqativ xəbərlər, xüsusilə maraq doğurur və ilk baxışdan “bu tip saytlar oxucu auditoriyası uğrunda mübazirə aparır” təəssüratı yaradır.

“Hesab edirəm ki, bu oyunların və qarayaxmaların arxasında rayonda görülən işləri gözü götürməyənlər dayanır. Məqsəd birdir, xalqın etimadını qazanan, ölkə Prezidentinə sədaqətlə xidmət edən, dövlətçiliyin qorunmasında müstəsna xidmətləri olan rayon rəhbərliyinə ləkə vurmaq, onların bütün dövrlərdə, xüsusən də pandemiya və 44 günlük Vətən Müharibəsi dövründə apardıqları şərəfli xidmətlərinə kölgə salmağa cəhd etməkdir”.