“Bu, Prezidentin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”backend

“İnsan hüquq və azadlıqlarının təmin edilməsi Prezident İlham Əliyevin siyasətinin əsas istiqamətlərindən birini təşkil edir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

Sədr bildirib ki, 2003-cü ildən bu vaxta qədər müxtəlif amnistiya və əfv sərəncamları verilib: “Zəfər Günü ilə əlaqədar da Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə amnistiya elan edilməsi haqqında qərar layihəsi daxil olub”.