“Bu, psixoloji xarakter daşıyır, yəni, rus ordusu gəlir, qaçın”backend

“KTMT-nin Qazaxıstana göndərdiyi qüvvə ən uzağı Almatı şəhərində nəzarəti təmin edə bilər. Bu nümayişkaranə qoşun yeritmə əməliyyatı daha çox psixoloji xarakter daşıyır. Yəni ki, rus ordusu gəlir, qaçın. Rusiyanın bütün Qazaxıstan vilayətlərinə qoşun göndərəcək böyüklükdə quru qüvvələri yoxdur, belə bir niyyəti olduğuna da inanmıram. Bunun üçün gərək rezervistləri də çağırsın, bu isə nəhəng xərclər tələb edən böyük çaplı işdir, xüsusən əsas qruplaşmaların Ukrayna sərhədinə cəmləşdirildiyi bir şəraitdə. Yəni, görünən odur ki, məsələ yerli hökumətlə xalq arasında həll olunacaq”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib.

“Hökumətin gücü və resursu çatsa, ölkəyə nəzarəti təmin edəcək, gücü çatmasa, xaos davam edəcək – o vaxta qədər ki, insanların tələbləri yerinə yetirilsin. Hazırda isə etiraz aksiyalarını və kollaborant Tokayev üzərində təzyiqi davam etdirməklə bağlı ciddi problem yoxdur – təbii ki, camaat bezib, yorulub evə dağılışmasa…” – o qeyd edib.