Bu qadağalar qüvvədə qaldıbackend

Otellərin fəaliyyəti, beynəlxalq səfərlər, yas mərasimləri, tədbirlər, təhsil müəssisələrində fəaliyyət qadağası qüvvədə qalır.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib. O bildirib ki,  65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmur: “Lakin tövsiyə olunur ki, mümkün qədər evdə qalsınlar. Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək. Bulvar və parklara giriş sərbəstdir”.