Bu Qələbə xalqımızın tarixinə əbədi olundubackend

Tarixə nəzər salsaq, 1918-ci il martın 30-da Bakı Sovetinin rəhbərliyi altında daşnak-bolşevik hərbi qüvvələri şəhərdə türk-müsəlman əhalisinə qarşı soyqırıma başladı. 12000 dinc əhali amansızcasına qətlə yetirildi. Daşnak-bolşevik hərbi qüvvələri tərəfindən 1918-ci il aprelin əvvəlində Şamaxı qəzasında 72 kənd dağıdıldı, 22000-dən çox türk-müsəlman əhalisi öldürüldü, 162 kənd məhv edildi, 16000-dən çox türk-müsəlman və yahudi əhali qətlə yetirildi (Quba). Ümumi 1918 mart-aprel Bakı quberniyasında 50000-dən çox türk-müsəlman əhalisi məhv edilmişdir.

Zəngəzur qəzasında 115 müsəlman kəndi yer üzündən silindi, 10000-dən çox azərbaycan türkü öldürüldü, Göycə bölgəsində bir çox Azərbaycan kəndi yandırılmışdır.

Daha sonra SSRİ Nazirlər Soveti 1947-ci ildə dekabrın 23-də, Ermənistan SSR-dən azərbaycanlıları Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında qərar qəbul edti.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev imzaladığı fərmanda 31 Mart – Azərbaycanlıların Soyqırım Günü elan etmişdir.

Bu hadisələr və Birinci Qarabağ Müharibəsinin nəticələri, torpaqlarımızın 20% işğal olunması, daha sonra Minsk Qrupunun başımızın altına yastıq qoyması,  Ermənistan işğalçı siyasətinin davam edilməsi, təxribatları, atəşkəs rejimini kobud şəkildə pozmaları münaqişənin güc yolu ilə həll olunmasını qaçılmaz etdi.

2016-cı ilin aprel döyüşləri gənclərin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi.

Aprel döyüşləri kimi, Tovuz döyüşləri də Ermənistanın məğlubedilməzlik mifini bir daha puç etdi.

2020-ci il sentyabrın 27-də erməni silahlı birləşmələri bütün təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini və cəbhə xətti yaxınlığındakı mülki yaşayış obyektlərini artilleriya və digər ağır silahlardan atəşə tutdu. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrin əks-hücum əməliyyatları başlandı. “Dəmir Yumruq” adını alan 2-ci Qarabağ müharibəsi başlandı. 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqları ard-arda azad edildi, düşmən ordusu məhv edildi. Bu bizim Böyük Zəfərimizdir. Və bu zəfəri biz ordumuza, igid oğullarımıza və ölməz Şəhidlərimizə borcluyuq. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər il *27 sentyabr Anım Günü, 8 noyabr* isə *Zəfər Günü* kimi qeyd ediləcək.

Bakı şəhəri Nəsimi rayonu Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi, Cəfərova Leyla.