“Bu qətnamə qəbul edilsə belə Azərbaycan üçün boş və mənasız olacaq” – AÇIQLAMAbackend

ABŞ Nümayəndələr Palatasının Spikeri Neonsi Pelosi artıq dünyada, eləcədə Amerikanın özündə nifaq yaradan, ölkələr arasında münaqişə yaratmağa cəhd edən birisi kimi tanınır.

Bu sözləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.


Millət vəkili Pelosinin Tayvana etdiyi səfərindədə qərəzli fikirlər səsləndirməsini vurğuladı. Eyni zamanda Pelosinin Ermənistana səfərinidə ermənipərəstlərin təşkilatçılığı ilə baş tutduğunu qeyd etdi.

“Neonsi Pelosi bir müddət əvvəl Tayvana etdiyi gözlənilməz səfəri,orda etdiyi çıxışı az qala Çin – Tayvan müharibəsinə səbəb olurdu. Nəticədə gərgin olan ABŞ-Çin münasibətləri daha da mənfiləşdi. Pelosinin Ermənistana səfərini Amerikadaki erməni diasporu və ermənipərəst deputatlar təşkil ediblər. Bu gün ABŞ Nümayəndələr Palatasında çoxlu sayda ermənipərəst deputatlar,komitə sədrləri təmsil olunurlar. Pelosidə onların əlində oyuncaq rolunu oynayır.”

Kamilə Əliyeva Pelosinin danışdığı qətnamənin boş bir kağız olacağını, həmçinin Ermənistanın, Pelosinin və onun simasında deputatların sonda məğlub olacağını açıqladı.

“Onun Azərbaycana qarşı qətnamə qəbul edəcəyi ilə bağlı söylədiyi fikirlərə gəldikdə isə bu sənəd boş və mənasız olacaq. Təmsil etdiyi palatanın bir neçə deputatı artıq Neonsi Pelosini istefa verməyə çağırıblar. Bir neçə aydan sonra seçiklər olacaq. Əminik ki, Neonsi və onun simasında ermənipərəst qüvvələr ağır məğlubiyyətə uğradılacaq, onların Azərbaycana qarşı səsləndirdiyi qeyri-real, iyrənc fikirləri isə Ermənistanın özünə çox böyük ziyan gətirəcək“.

Fərahim RƏHİMOV

Yenigundem.az