Son zamanlar tez-tez belə bir fikir səslənir ki, “bəzi oğlan uşadlarının danışıq, davranış və ünsiyyət formasında əks cinsə oxşarlıq müşahidə edilir”. Odur ki, bu problemlə bağlı elmi həqiqətləri söyləməyi lazım bildim.
“Yeni Gundem” “Bakupost”a istinadən xəbər verir ki, bu barədə professor Musa Qəniyev bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və narahatlığa səbəb olan hallar hormonal aktivliyin dəyişilməsi barədə açıqlama verib.
“Bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və valideyinlərin narahatlığına səbəb olan hal isə, hormonal aktivliyin modulyasiyasıdır.
Yəni patoloji proses deyildir. Fizioloji kənaraçıxma kimi dəyərləndirilən bu halın əsasında, zülali qidalanmada hormonal tənzimin pozulması durur (məsələn, heyvandarlıq və quşçuluq təsərrüfatlarında, hormonlarla zənginləşdirilmiş zülal tərkibl, yemlərdən nəzarətsiz istifadə və s.).
Müxtəlif yarımfabrikat, enerjili içkilər, fast foot və s. qidalara normativə tam əməl olunmayan E120, E621, E250 və s. kimi fərdi indeksli iştah və dad artırıcı əlavələr də bura aiddir.
Uşaq orqanızmində hormonların dəyişim nisbəti, fizioloji tarazlıq halına, ilkin yetkinlik yaş dövründə, yəni təbii dinamik fərqlilik nisbətinə qədəm qoyduqda, tam bərpa olunur.
Odur ki, bəzi oğlan uşaqlarında müşahidə olunanlar, yalnız qeri dönüşlü müvəqqəti hal və ya fizioloji pozğunluqdur.
O, xüsusi narahatlığa səbəb olacaq, heç bir ciddi patologiyadan xəbər vermir. Buna görə valıdeyinlər qorxu, stress və gərginlik hissi keçirməməlidir.
Yalnız uşaqları qorumalı, qüruruna toxunmamalı, özünə qapanmaya imkan verilməməli, bunun müvəqqəti bir hal olduğunu həm özləri anlamalı, həm uşağa, həm də yaxın ətrafa anlatmalıdırlar.
Başqa sözlə, bunun, yuxarıda dediyim svilizasiya dönəmilə bağlılığı və ya aşağıda təhlilini verdiyim məlum xəstəliklə heç bir əlaqəsi yoxdur. Yəni bu hal nə xəstəlik, nə də patoloji proses deyildir.
“Bəzi oğlan uşaqlarında müəyyən yaş dövründə müşahidə edilən və valideyinlərin narahatlığına səbəb olan hal isə, hormonal aktivliyin modulyasiyasıdır.