Bu rayona yeni polis rəisi təyin edildibackend

Bərdə Rayon Polis Şöbəsinə yeni rəis təyin edilib.

“Yeni Gündəm”in məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Ağcabədi Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ənvər Həsənov vəzifəsindən azad olunaraq Bərdə Rayon Polis Şöbəsinə rəis təyin olunub.

Bərdə Rayon Polis Şöbəsinin rəisi Muradəli Babayev isə tutduğu vəzifədən azad edilib.