“Bu, rus işğalçılarının mülki əhaliyə qarşı törətdikləri növbəti dəhşətli hərbi cinayətidir”backend

Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində bombalanmış yaşayış binasının dağıntıları altından 44 mülki şəxsin cəsədi tapılıb.

“Yeni Gündəm” “UNİAN”a istinadən xəbər verir ki, bu barədə məlumatı Xarkovun vilayət hərbi administrasiyasının sədri Oleq Sinequbov özünün teleqram kanalında verib.

“Müvəqqəti olaraq işğal olunmuş İzyumda martın ilk ongünlüyü ərzində işğalçıların dağıtdıqları beşmərtəbəli binanın dağıntıları altından 44 dinc sakinin cəsədi tapılıb. Bu, rus işğalçılarının mülki əhaliyə qarşı törətdikləri növbəti dəhşətli hərbi cinayətidir! Biz bu cinayətlərin hər birini qeyd edirik və onlar bunun əvəzini ödəyəcəklər!” – deyə, Sinequbov bildirib.