Bu saatdan Bakıya güclü QAR YAĞACAQbackend

Bu gün yenidən Bakıya şiddətli qar yağacağı ehtimal olunur.

“Yeni Gundem” xəbər verir ki, məlumat mobil telefonların hava proqnozunu göstərən tətbiqində öz əksini tapır.

Tətbiqdə, günün ikinci yarısı, saat 19:00-dan etibarən qarın yağacağı öz əksini tapır. Həmçinin qeyd olunur ki, gecə 2 dərəcə şaxta olacaq.

Qeyd edək ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir qar yağacağı, duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 17-22° şaxta, gündüz 7-12° şaxta olacaq.

Yollar buz bağlayacaq.

Baku.ws