“Jeyhun Valiyev” fitness klubu və “Beylimedia” “Heyvanları qoruyaq” adlı layihəyə imza atıb.
“Yeni Gündem”in məlumatına görə, “Heyvanları qoruyaq” adlı layihə fotosessiyası Rusiyada baş tutub. Bu günə qədər heyvanların qorunması barədə dünyaya fərqli mesajlar verilsə də, bu layihə yeni fikir formalaşdırıb.
Ötən ilin sonundan etibarən Avstraliyada başlayan meşə yanğınları və 1 milyarda yaxın heyvanın tələf olması dünya miqyasında yeni kampaniya və layihələri ortaya çıxarıb.
Bu minvalla yola çıxan və Azərbaycanda da yenilik etmək istəyən “Beylimedia” ilə “JV Fitness” bununla əlaqədar olaraq “JV Fitness” məşqçisi Səbinə Məhərrəmova və fotoqraf Kelvin Qasımov ilə birlikdə maralı layihə etmək qərarına gəliblər.
Bele ki, onlar Rusiyada çətin şərtlər altında vəhşi, yırtıcı və ov heyvanları ilə birgə fotosessiya lentə alıblar. Tərəflər “Heyvanları qoruyaq” adlı layihə ilə insanlarla heyvanların sevgisini təcəssüm etdirilməsi mesajını vermək istəyiblər.
“JV Fitness”lə bağlı bütün məlumatı bu internet portalından əldə edə bilərsiz: https://www.jvfitness.az/
“Beylimedia” ilə bağlı bütün məlumatı bu internet portalından əldə edə bilərsiz: https://beylimedia.com/