Bu şəxslər 200 AZN-dən 5 min AZN-dək cərimə oluna bilər – Oktyabrın 1-dən…backend

Oktyabr ayının 1-dən reydlər zamanı taksi sürücülərində COVID-19 pasportu olmazsa, onları hansı cəzanın gözləməsi böyük maraq doğurur.

“Yeni Gündəm” xəbər verir ki, bu məsələyə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev ARB-də yayımlanan “Gündəm” verlişində aydınlıq gətirib.

“Pandemiya dövründə İnzibati Xətalar Məcəlləsində müəyyən olunan norma var. Xüsusi karantin rejimi dövründə bu normaya əməl etməyən fiziki şəxslər 200 AZN-dən 400 AZN-dək, vəzifəli şəxslər 4 min AZN-dən 5 min AZN-dək cərimə oluna və ya işin hallarına görə 1 aylıq həbs edilə bilər”,-deyə Elşad Hacıyev bildirib.