Bu şəxslər daha 5 il vergi və gömrük rüsumu ödəməyəcəkbackend

Prezident İlham Əliyev Vergi Məsəlləsində və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunları təsdiqləyib.

“Yeni Gündəm” xəbər verir ki, dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri daha 5 il – 1 may 2026-cı ilə qədər vergi və gömrük rüsumu ödəməkdən azad edilib.

Xatırladaq ki, sözügedən möhlət 1 may 2016-cı ildə 5 il müddətinə müəyyən edilmişdi və bu il başa çatırdı.