Bu şəxslərə “COVID-19 pasportu” verilməyəcək – RƏSMİbackend

“Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə “COVID-19 pasportu” ala bilməzlər”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə deyib.

“COVID-19 pasportu” yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş şəxslər, “COVID-19 sertifikatı” isə peyvənd vurduran şəxslərə verilir”, – o bildirib.