Bu şəxslərə verilən vəsait artırılacaqbackend

“Yeni əlillik meyarlarə bəzi əlillərə ödənilən vəsaitin artmasına səbəb olacaq”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev “Sosial saat”da deyib.

O bildirib ki, məsələn, birinci qrup əlillərə qulluq edən şəxslərə ödənilən 80 manat da daxil olmaqla ümumilikdə 430 manat verilirdi:

“Lakin eyni kateqoriyada olan uşaqlara ödənilən vəsait daha az – 280 manat idi. Yeni meyarların üstünlüyü ondan ibarətdir ki, həmin uşaqlar da 280 manat yox, 430 manat alacaqlar. Belə ki, bir sıra meyarlarda artımlar ediləcək”.