Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları artırılıb.
Nazirlər Kabineti bununla bağlı müvafiq qərar qəbul edib.
Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (qeydiyyatçı, nəzarətçi, təsərrüfat işçisi, xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2023-cü il yanvarın 1-dən aşağıdakı məbləğdə müəyyən edilib:
Sıra №-si |
Kateqoriyalar üzrə dövlət orqanları |
Aylıq vəzifə maaşının məbləği (manatla) |
1. | Ali kateqoriya dövlət orqanlarında | 400 |
2. | 1-ci kateqoriya dövlət orqanlarında | 385 |
3. | 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında | 365 |
4. | 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında | 345 |