Bu şəxslərin nəzərinə! – Birdəfəlik pul veriləcəkbackend

Azərbaycanda avtomobillərin utilizasiyaya verilməsi zamanı tələb olunan sənədlər müəyyənləşir.

Bu, “İstehsalat və məişət tullantıları haqqında” qanuna yeni əlavə edilən 14-7-ci maddədə (Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi) əksini tapıb.
Layihəyə əsasən nəqliyyat vasitələri utilizasiyaya verildikdə utilizatorlar tərəfindən aşağıdakı sənədlər tələb ediləcək:
– nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizə;
– nəqliyyat vasitəsini utilizasiyaya mülkiyyətçi adından digər şəxs verdikdə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu təsdiq edən etibarnamə;
– nəqliyyat vasitəsinin dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması barədə aidiyyəti dövlət qeydiyyat orqanının yazılı məlumatı;
– fıziki şəxsin şəxsiyyətini təsdiq edən, hüquqi şəxsin dövlət qeydiyyatını təsdiq edən sənədin surəti.
Ərizəyə baxılması və sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olduqda onun baxılmamış saxlanılması bu Qanunun 14-5-cü maddəsinin altıncı-onuncu hissələrində müəyyən edilmiş qaydada həyata keçiriləcək.
Göstərilən sənədlərdə hər hansı çatışmazlıq və ya uyğunsuzluq olmadıqda utilizasiyaya verilən nəqliyyat vasitəsinin təhvil alınması barədə akt (bundan sonra – akt) tərtib olunur və aktda aşağıdakılar göstəriləcək:
Ətraflı
– nəqliyyat vasitəsinin ümumi texniki vəziyyəti və komplektliyi barədə məlumat; nəqliyyat vasitəsinin eyniləşdirmə məlumatları; nəqliyyat vasitəsinin mövcud olmayan hissələri barədə məlumatlar; güzəşt məbləği və birdəfəlik ödənişin həcmi barədə məlumat.
– Akt ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir. Aktın hər bir nüsxəsinə sayı beşdən az olmamaq şərtilə utilizasiyaya verilən nəqliyyat vasitəsinin fotoşəkilləri (ön, arxa, hər iki yandan və içəridən) əlavə edilir.
– Nəqliyyat vasitəsi akt əsasında təhvil alındıqdan sonra 2 (iki) iş günü müddətində utilizator tərəfindən bu Qanunun 14-8-ci maddəsinin tələbləri nəzərə alınmaqla utilizasiyaya verilmə barədə təsdiqedici sənəd verilir. Təsdiqedici sənəd ciddi hesabat blankıdır və 3 (üç) nüsxədə tərtib edilir.
– Aktın və təsdiqedici sənədin bir nüsxəsi utilizatorda, bir nüsxəsi nəqliyyat vasitəsini utilizasiyaya verən şəxsdə saxlanılır, bir nüsxəsi isə utilizator tərəfindən 3 (üç) iş günü müddətində operatora göndərilir.
– Nəqliyyat vasitəsinin utilizasiyası üçün ərizənin, nəqliyyat vasitəsinin təhvil alınması barədə aktın və utilizasiyaya verilmə barədə təsdiqedici sənədin formaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
– Təsdiqedici sənədin, güzəştin və birdəfəlik ödənişin tətbiqi ilə bağlı müddəalar istisna olmaqla, bu maddənin tələbləri qoşqu və yarımqoşqulara, habelə nəqliyyat vasitələrinin utilizasiyası fəaliyyətini həyata keçirən digər şəxslərə də şamil olunur.