Bu şəxslərin yerini deyənlərə 10 milyon dollar mükafat veriləcəkbackend
ABŞ Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş liderləri olan və narkotik qaçaqmalçılığında ittiham olunan “Jesus Santrich” ləqəbli Seuxis Hernandez-Solarte və “İvan Markes” ləqəbli Luçiano Aranqo haqqında məlumat verən şəxslərə 10 milyon dollara qədər mükafat verəcək.
“Yeni Gündəm”  xəbər verir ki, bu barədə ABŞ dövlət katib Mayk Pompeo açıqlama verib. O, sözügedən şəxslərin FARC-ın sülh prosesini dayandırdıqlarını bildirib. ABŞ-ın Kolumbiya ilə əməkdaşlığa böyük önəm verdiyini deyən Pompeo Kolumbiyanın və Venesuelada Nikolas Maduro rejiminin qanunsuz silahlı qruplaşmalara dəstək verdiklərini qeyd edib.
Qeyd edək ki, FARC-ın baş müzakirəçisi “Markes” yenidən silahlanma barədə çağırış etmişdi.