“Bu sms nədir axı girib ömrümüzə?” – Nura Suribackend

“Bu dünya-aləm xəstələnib qurtarandan sonra peyvənd kimə lazımdı ki?  Sms icazə, sərhədlərin bağlanması, işsizlik nəyə xeyirdi ki? Onsuz da ucdan tutma dedikləri kimi oktyabrdan bəri hamı xəstələnir (elə bil, Nostradamusdurlar), plan nədi də? B planı, C planı və yaxud X planı. Camaatın kreditləri dondurulmadı, faizlər dayandırılmadı, xəstəxanalarda yer yox”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu müğənni Nura Suri deyib.

N.Suri bildirib ki, təcili tibbi yardım heç cavab vermir: “Bəllidir ki, yorulublar, beziblər. Yəni yaxşılığa doğru dəyişiklik yoxdur. Bu sms nədir axı girib ömrümüzə? Təmiz hava almasın heç kəs? Bir ailədə hamı xəstədirsə, evdən çıxa bilmirsə, kim alsın çörəyi, kim bişirsin yeməyi, hansı pulla etsinlər bunu? Hansı pulla dərman alsınlar? Doqquz aydır, dünyada pandemiyadır, hələ də apteklərdə dərmanlar tapılmır. Niyə?

Çox edin dərman sifarişini. Od qiymətinə satılır dərmanlar. Tanışı olan tapır ancaq. Nədir də bu dəhşət?”