“Bu sözü hər zaman demişəm”-Erkin Qədirli müzakirələrə səbəb olan sözlərindən danışdıbackend

Azərbaycan Parlamentinin üzvü Erkin Qədirli İctimai televiziya da yayımlanan “3 D” verilişinin qonağı olub.

“Yeni Gundem” xəbər verir ki, Millət vəkili E.Qədirli geniş müzakirələrə səbəb olan ifadələrindən bir daha danışıb.

“Mən bunu gələcəkdə seçkilərin daha demokratik keçirilməsi üçün demişəm. Bu sözü hər zaman demişəm. Amma bu dəfə niyə belə partladı bilmirəm… Hətta bəziləri bildirirdi ki, Erkinə tapşırıblar deyə belə danışıb. Fərq çoxdur. Seçki, ola bilsin, saxta deyil, düzgün keçirilib, səslər sayılıb. Amma demokratik deyil. Çünki rəqabət ortamı olmayıb, media demokratik deyil, orada çox komponentlər var.

Və ola bilər ki, əksinə olub – Seçki demokratikdir, hansısa dairələrdə saxtakarlıq olub. Mən özüm də deyə bilmərəm ki, seçkilər tam demokratik olsaydı, mən udardım, ya yox. Orada əminlik sözü önəmlidir”.

Fərahim Rəhimov