Bu tarixdə ucuz maşınlar satışa çıxarılacaq – “Nissan Sunny” 5000 AZN – QİYMƏTLƏRbackend

13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

“Yeni Gündəm” xəbər verir ki, hərracda 9 nəqliyyat vasitəsi satışa çıxarılacaq.

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (hüquqi şəxslər üçün: notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖİN)

2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir).

Tel.: 566-07-44

13 aprel 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı:

<table style=”outline: none; border-collapse: collapse; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, ” segoe=”” ui”,=”” roboto,=”” “helvetica=”” neue”,=”” arial,=”” “noto=”” sans”,=”” sans-serif,=”” “apple=”” color=”” emoji”,=”” “segoe=”” ui=”” symbol”,=”” emoji”;=”” font-size:=”” 16px;=”” background-color:=”” rgb(255,=”” 255,=”” 255);=”” width:=”” 703px;”=””>

S/N Balanssaxlayıcı müəssisənin adı Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti 10% beh (manatla) 1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Komleks Mexaniki Təminat İdarəsi RK “Nauçnıy” gəmisi 1986 40000 4000 2 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti “Elsevər Hüseynov” köməkçi kateri 1986 10000 1000 3 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi QAZ-3110-101 2003 2500 250 4 Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Chevrolet Niva GLC 2008 5000 500 5 Azərbaycan Respublikası Milli Məclisin İşlər İdarəsi Nissan Maxima 2007 5500 550 6 Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin Tərtər Elektromexanika zavodu Kamaz 53213 KS 4572 1987 3500 350 7 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Sunny 2006 5000 500 8 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Maxima 2005 6000 600 9 Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət İqtisad Universiteti Nissan Sunny 2006

5000

Baku.ws