Bu tələbələrə təqaüd veriləcəkbackend

Qafqaz Müsəlmanları İdarəsi Vasim Məmmədəliyev adına təqaüd təsis edəcək.

“Yeni Gündəm”-in məlumatına görə, bunu “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda respublika elmi konfransında Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru rektor Aqil Şirinov deyib.

O bildirib ki, təqaüd Azərbaycan İlahiyyat İnstitutunun yaxşı nəticələr göstərən 3 tələbəsinə təqdim olunacaq.