Bu tikinti şirkəti 1.6 milyon manatlıq dələduzluq edib – İTTİHAMbackend

Bakıda yaşayış binalarının tikintisi ilə məşğul olan “Avro Qrand” MMC-nin rəhbərliyi 1,6 milyon manatlıq dələduzluqda ittiham olunur.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə paytaxt sakini, 1965-ci il təvəllüdlü Hüseyn Əliyev DİN-ə müraciət edərək məlumat verib.

O bildirib ki, MMC-nin rəhbəri Xanlar Cəfərov və əməkdaşları – Allahverdi ilə İsmayıl obyekt  almaq adı ilə onu aldadaraq 1 575 000 manat pulu alaraq mənimsəyiblər.

Müraciətlə bağlı Binəqədi RPİ-də araşdırma aparılır.

Qafqazinfo