Bu universiteti məhkəməyə verdilər – SƏBƏBbackend

Azərbaycan Dövlət Aqrar Universiteti məhkəməyə verilib.

”Yeni Gündəm” xəbər verir ki, buna səbəb universitetə məxsus avtomobilin yol hərəkəti qaydalarını pozmasıdır.

 

Belə ki, ADAU-ya məxsus olan nəqliyyat vasitəsi yol hərəkəti qayadalarını pozduğu üçün Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb. Lakin universitet avtomobili idarə edən sürücü barədə məlumatları DYP-ə təqdim etməyib.

Bu səbəblə universitet barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Protokola Gəncə şəhər Məhkəməsində baxılacaq.
Həmin maddə əsasında şəxs üç yüz manat məbləğində cərimə edilir.