Bu universitetin bufetində oturmaq QADAĞAN EDİLDİ – VİDEObackend

Bakı şəhərində fəaliyyət göstərən universitetlərin birinin bufetində stullar yığışdırılıb.

“Yeni Gundem” xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Videodan göründüyü kimi, Odlar Yurdu Universitetinin bufetində tələbələr əyləşmək üçün stul tapmırlar. Rəylərdə yazılan məlumata görə, buna səbəb onların bufetdə çox vaxt keçirməsi olub.

Qeyd edilib ki, bufetdə qalan stullar yalnız müəllimlər üçün nəzərdə tutulub.

Məsələ ilə bağlı universitetdən məlumat almağa çalışsaq da, mətbuat katibinin telefonu söndürülüb.

Lent.az