Prezident İlham Əliyevin 19 may 2022-ci il tarixli 1685 nömrəli Fərmanı ilə yaradılmış “Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi” publik hüquqi şəxsi tərəfindən Mərkəzdə mövcud hüquqşünas vəzifələrinə işə qəbul ilə əlaqədar müsabiqə elan edilir.
“Yeni Gündəm”-in xəbərinə görə, müsabiqədə publik hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə: şöbə müdiri – 1, baş mütəxəssis – 2, aparıcı mütəxəssis – 1, xüsusi hüququn ekspertizası şöbəsi – 4 vakant vəzifə: şöbə müdiri – 1, baş mütəxəssis – 1. aparıcı mütəxəssis – 2, qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsi – 3 vakant vəzifə: şöbə müdiri – 1, baş mütəxəssis – 1, aparıcı mütəxəssis – 1 vəzifələri üzrə vakansiya nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək üçün namizədlərə dair minimal tələblər:
• Hüquqşünaslıq ( beynəlxalq hüquq) ixtisası üzrə bakalavr dərəcəsi;
• Hüquq sahəsində azı 3 il iş təcrübəsi;
• Ən azı bir xarici dil biliyi.
Əlavə üstünlüklər:
• Normayaratma fəaliyyəti sahəsində iş təcrübəsi;
• Magistr və ona bərabər ali hüquq təhsili.
Müraciət edən namizədlər arasından yalnız elan olunmuş vəzifələrə daha uyğun gələn şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq. Yalnız yazılı imtahan mərhələsindən uğurla keçmiş şəxslərlə müsahibə keçiriləcək.
Maraqlanan namizədlər öz anketlərini (CV-lərini) [email protected] emailinə göndərə bilərlər.
Müsabiqəyə son müaricət tarixi avqustun 10-dur.