Bu vitamini çatışmayan şəxslər koronavirusu ağır keçirir – XƏBƏRDARLIQbackend
Özündə COVİD-19 virusunun əlamətlərini hiss edən şəxs ev şəratində nə etməlidir?
“Yeni Gündəm” xəbər verir ki, şöbə müdiri koronavirusun simptomlarını özündə hiss edən şəxslərin ev şəraitində mülicə üsulu və istifadə edilən dərmanlarla bağlı danışıb:
Amma simptomlardan sadəcə temperaturu varsa, temperaturu 37,8, 38, 38-dən yuxarıdırsa, həb qəbul edib temperaturu ona qədər düşübsə, başqa heç bir simptomları yoxdursa və yaxud yüngül baş ağrısı, yüngül dərəcəli ümumi bədən əzələ ağrıları varsa, tənəffüsündə darlıq yoxdursa mütləq şəkildə test nəticələri çıxana qədər maskada oturmalıdır, evdə özünü təcrid etməlidir. Evdə olan bütün hər kəs ondan aralı gəzməlidir, başqa otaqda olmalıdırlar. Onun otağına girib-çıxanda maska taxmalı, əllərin gigiyenasına riayət etməlidirlər. Və paralel olaraq həmin adam simptomların idarə olunması üçün dərmanlardan istifadə edə bilər. Temperatur yüksəkdirə temperaturu aşağı salan dərmanlardan istifadə oluna bilər. Əgər başağrıları varsa, əvvəllər başağrılarına hansı dərman kömək edirdisə o dərmandan istifadə edə bilər. Nəfəsində yüngül çətinlik varsa, otağının havasını tez-tez dəyişdirməlidir. Həkim məsləhət bilərsə “inqalyator” verə bilər ki, evdə “inqalyator”dan istifadə etsin.
“Dərhal özünü evdə bir otaqda təcrid etməlidir. Mütləq otaq tez-tez havalandırılmalıdır. Həmin şəxs və onunla bəbarər bir evdə yaşayanlar hamısı tibbi maska taxmalıdır. Ev şəraitində müalicə üçün bu barədə sahə həkimlərinə protokol verilib. Xəstə sahə həkimi ilə danışana qədər bol maye içməlidir. Hətta sidiyin rəngi açıq rəngə boyanana qədər maye qəbul edilməlidir. Eyni zamanda “C” vitamini içməlidir, həb formasında ola bilər. Sinq tərkibli preparatların qəbul olunması tövsiyə olunur. Tənəffüs yolu ilə yayılan bir infeksiya olduğuna görə həmin şəxsin qablarında da o viruslar qala bilər. Qab-qacaq doğru şəkildə yuyulursa ayırmağa ehtiyac yoxdur”.
Milli.az/