Bu xəstəlik üçün dərman yaradıldıbackend

Sinqapur alimləri “sarı qızdırma” üçün hazırladıqları eksperimental dərman preparatının klinik sınaqlarının birinci mərhələsinin uğurla başa çatdığını elan ediblər.

“Yeni Gündəm”-in xəbərinə görə, tədqiqatın nəticələri “New England Medicine Journal”da dərc edilib.

Qeyd olunub ki, dərman virusa yönəlmiş monoklonal anticisimdir. Bu cür dərmanları hazırlamaq  və sınaqdan keçirmək ümumiyyətlə bir neçə il çəkir. Lakin Massaçusets Texnologiya İnstitutunun (MIT) Sinqapur alyansının tibb üzrə alimləri bu dərmanı yeddi aya hazır ediblər.

Bir çox hallarda ölümlə nəticələnən “sarı qızdırma” kəskin virus xəstəliyidir. O, əsasən tropik və subtropik ölkələrdə ağcaqanadlar vasitəsi ilə yayılır. Xəstəlik yüksək hərarət, ümumi vəziyyətin ağırlaşması, ağız nahiyəsində, mədə və bağırsaqda qanaxma, qaraciyər və böyrəklərin zədələnməsi ilə müşayiət olunur.Report