Bu yalnız beynəlxalq normaların pozulması deyil, həm də müsəlman, islam dünyası üçün təhqirdirbackend

Artıq 200 ilə yaxındır ki, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı davam edən təcavüzünün, soyqırımının, məhvə yönəlmiş hərəkətlərinin qurbanları təkcə insanlar deyil, həm də dini, tarixi-mədəni abidələrimiz, müqəddəs ocaqlarımız, məbədlərimizdir.

Tarixi, mədəni irsimiz ölkəmizin ərazisində yaşayan xalqımızın çoxəsrlik keçmişindən xəbər verir. Hər zaman özündə olmayana, özünkü olmayana göz dikən mənfur düşmən tarixi, dini, mədəni abidələrimizə, soykökümüz olan alban mədəniyyətindən yadigar qalmış məbədlərə göz dikmişdir.

Ermənistan 30 ilə yaxın bir müddətdə işğal etdiyi Azərbaycan ərazilərində mədəni , tarixi, dini irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törətmişdir.
Erməni təcavüzkarları işğal olunmuş ərazilərdə yüzlərlə mədəniyyət nümunələrimizi məhv etmişdir. Dini abidələrimizi , məscidlərimizi təhqir etmiş, tarixi mədəniyyət nümunələrimizdə həkk edilmiş yazıları dəyişməyə çalışmış, nadir eksponatları, əlyazmalarını yandırmış, məhv etmişdir.

Dağıdılan bu mədəni irs yalnız Azərbaycanın deyil, bir parçası olduğumuz Türk-İslam mədəniyyətinin də nadir nümunələrindəndir
Ali baş komandanımızın və rəşadətli ordumuzun sayəsində işğaldan azad edilmiş torpaqlarımızda da biz bu halı müşahidə edirik. Bir müddət öncə Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsi halı bütün dünya ictimaiyyətinin nəzərinə çatdırıldı. Bu yalnız beynəlxalq normaların pozulması deyil, həm də müsəlman, islam dünyası üçün təhqirdir.
Həmçinin işğalçı Ermənistan Hadrut qəsəbəsinin Tuğ kəndində yerləşən, 13-cü əsrdə inşa olunmuş Qafqaz Albaniyasına aid Qtiçavank monastrında da vandalizm törədib. Bu fakt artıq hamıya məlumdur. Bütün bu məsələlər hər biri ermənilərin vandallığını, vəhşiliyini bir daha sübut edir.

Ceyhun Məmmədov

Milli Məclisin deputatı