Büdcəyə qənim kəsilənlər – ARAŞDIRMA ( 3 CÜ HİSSƏ)backend

1.Növbəti maliyyə saxtakarlığı isə Səhiyyə nazirliyinin Qax RMX-nın idarə xərcləri adı ilə həyata keçirilib.Bu məqsədlə naməlum şəxsin adına təsis edilən “Etimad-F MMC”vasitəsi ilə müəmmalı yollarla qazanılan tenderlə 38109 manatlıq dövlət vəsaiti mənimsənilib.

Qeyd edək ki, bu MMC -nin sahibinin kimliyi barədə hər hansı bir məlumat olmasa da onun keçmiş səhiyyə naziri Oktay Şirəliyeva yaxın adam olduğu bildirilir.
2.Təhsil nazirliyinin elan etdiyi bu tendərin qalibi isə ümumiyyətlə Azərbaycan vətəndaşı deyil. “Lot-6 və “Elnur-2 Universal İstehsalat AT Kommersiya şirkəti sahibi Süleyman Məmmədov 2001 – ci ildən Azərbaycanı tərk edərək Rusiyaya köçüb.Amma çox maraqlıdır ki, özü burda olmasada o müəmmalı yollarla MMC təsis edib və Təhsil nazirliyinin elan etdiyi tenderi qazanaraq 91376 manatlıq lahiyyənin icrasını həyata keçirib.
3.Laçın RİH.İşğaldan yeni azad edilmiş Laçın rayonunun Qayğı qəsəbəsi üzrə nümayəndəliyi 3 il öncə “Mehri Bulağı”MMC vasitəsi ilə abadlıq işlərinin görülməsi adı altında 30693.7 manat dövlət vəsaitini göya sovurub.Qeyd edək ki,həmin şirkətin sahibi 1984 cü il təvəllüdlü Abdulrəhmənov Asif Ağabala oğludur.Həmin şəxsin Laçın RİH başçısına ən yaxın adamlardan olduğu bildirilir.Bu MMC nin fəaliyyətdə olduğu 1 il müddətində bir manatda olsun vergi ödəməsi yoxdur.
4.Səhiyyə nazirliyi M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi isə adi dəftərxana blanklarının alınmasına 28090 manat vəsait sərf edib.Amma maraqlıdır ki,bu səhiyyə ocaqının tender qalibi olan şirkətin sahibi həmin müddətdə azadlıqdan məhrum edilib.”Lider-2008 MMC “nin bu tendere necə cəlb edilməsi isə olduqca müəmmalıdır.
Növbəti yazımızda sizlərə Gənclər İdman Nazirliyinin “Glassmed MMC “ilə havaya sovurduğu 100 000 manatdan ,Strateji araşdırmalar mərkəzinin “Dayaq KM”şirkəti ilə maşın avadanlıqlarının alınması adı ilə mənimsədiyi 120 000 manatdan,həmçinin Mərkəzi Bankın “Mərkəzi Hesablama Mərkəz”i ilə Fiber optik kabelin çəkilməsi və internet şəbəkənin qoşulmasının təmin edilməsi adı ilə tender keçirib yoxa çıxardıqı 103 000 manatdan bəhs edəcəyik.

Bundan əlavə AAYDA nin idarə heyyətinin sədri Saleh Məmmədovun maliyyə şöbəsindəki maliyyə maxinasiyalarından və Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya institutunun kimlərin adı ilə hansı yollarla dövlət büdcəsinə qənim kəsildiyindən bəhs edəcəyik.Bu qrumda yağışdan sonra göbələk kimi peyda olan “MMC “lər vasitəsi ilə dövlət büdcəsinin necə talan edilməsinə heyran olacaqsız.
“TMS”MMC,İnşaatçı MMC,”Vüsal müstəqil kiçik müəssisəsi”,”Avanqard MMC “,”Tikinti –m MMC”,”Oman servis MMC”,Buta –N MMC”,”SR İNŞAAT MMC”,”Avita STS MMC”,”Asiya MMC”,”Həşimov S.fiziki şəxs”,”Sabunçu QTTB,”Ləman S MMC”,”Əsnaf MMC”,”Uğur MMC “,”Neptun –KO LTD MMC”,”LAXAX MMC”,”Toğrul –SS MMC”,”Təmir Təchizat MMC “,”ART LİFE MMC”,”EVRO-2 MMC”,”İBRAHİM –KMMC”,”Kontinental -2010MMC”Lotos LTD MMC”,”İbrahimov Faig Valeh oğlu,”Sahil Servis-R MMC “,”AZSANTEXPLAST MMC”,”SEYFO KO MMC”,”AUTOLUX SERVİS RENTEKAR”,”Fərziyev Şahin Nüsrət oğlu,”ƏMİRXANLI-SS MMC”,”ELEQANT MMC “,”Qacayev Qalib Allahyar oğlu”,”SREAMFORD WORLDWİDE LTD”,”POLOQRAF-009 MMC”,”AZƏRİNŞAATLAYİHƏ”,”MASERA MMC”,”XİMEKPRESS-2000 FİRMASI”,”OKEAN SERVİS MMC”QƏRB İNŞAAT MMC,Əhmədov Bəxtiyar,”FALES SERVİS MMC”,”TTŞ LTD”,”İNTİLEKT-M MMC”,”QAFQAZ 74 MMC.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.