“Bunu etsək, Rusiya Türkiyənin gününə düşəcək” – Putinbackend
Rusiya prezidenti Vladimir Putin ilsonu mətbuat konfransında iqtisadiyyatla bağlı sualları da cavablandırıb. Putin deyib ki, o, real sektorun yüksək faizlərdən narahat olmasından xəbərdardır. Buna baxmayaraq, Rusiya prezidenti faizlərin endirilməsinin riskli olduğunu deyib.
“Yeni Gündəm” xəbər verir ki, Putinin fikrincə, faizlər endirilərsə, Rusiya da Türkiyə kimi çətinliklərlə üzləşə bilər.
“Yüksək faizlər olmadan Rusiya da Türkiyə kimi ola bilər”, – deyən Putinin sözlərinə görə Rusiyada bu il 8 faiz olacağı proqnozlaşdırılan inflyasiya gələn il 4,5 faiz təşkil edəcək.

Qeyd edək ki, hazırda Rusiyada faiz dərəcəsi 8,5 olmaqla inflyasiya səviyyəsindən yüksəkdir. Amma Türkiyədə inflyasiya 22 faiz olduğu halda faiz dərəcəsi 15-dir. İqtisadi qaydalara görə faiz dərəcəsi inflyasiya səviyyəsindən yüksək olmalıdır.