“Bunun neçə sifəti var?!” – Afət Fərmanqızı yenə “od püskürdü”backend

“Hansı Sara? Məni tərifləyən Sara?! Onun mənimlə nə işi var ki?!”.

Bu sözləri Yenisabah.az-a müğənni Afət Fərmanqızı jurnalist Sara Safuranın onun ünvanınına söylədiklərinə münasibət bildirərkən deyib.

“Məni əvvəl tərifləyən, sonra təhqir hədəfinə çevirənin barəmdəki tərif videosunu paylaşaraq bunları deyirəm: “Bunun neçə sifəti var?! Belə adamı ciddiyə alıb cavab vermək olar?! Əgər, olarsa, cavab verim. Bu yox, bunun arxasında duran sahibi gəlsin””, – Afət Fərmanqızı bildirib.

Müğənni əlavə edib:

“Mən “Azərbaycanda heç kimim yoxdur” dedikdə qohumlarımı deyil, ailə üzvlərimi nəzərdə tutmuşam. Mən ailəli xanımam, həyat yoldaşım harda, mən də orada olmalıyam”.