“Bütün bunlar Azərbaycanda siyasi plüralizmin bariz nümünəsidir” – Məlahət İbrahimqızıbackend

Bildiyimiz kimi, ölkəmizdə möhtərəm cənəb Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə çox əsaslı və uğurlu islahatlar həyata keçirilir. Respublika ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilən məhkəmə və hüquq, bank maliyə, iqtisadiyyat, sosial sahələrdə, eləcə də kadr və struktur sahəsində aparılan bu uğurlu islahatlar Azərbaycan vətəndaşına dövlətin ən yüksək xidmət, xalqın rifahı və dövlətimizin daha da güclənməsi naminədir. Bütün bunlar ölkəmizin ictimai-siyasi həyatında da öz müsbət təsirini göstərir. Sözsüz ki, həyata keçirilən inqilabi islahatlar milli qanunvericiliyə, vətəndaş cəmiyyətinə və eləcə də siyasi partiyaların fəaliyyətinə öz ciddi təsirini göstərməklə həm də bu sahələrdə də islahatların aparılmasını zəruri edir. Dünyada baş verən geosiyasi proseslər, eləcə də bölgəmizdə gedən proseslər də bu islahatların gerçəkləşdirilməsini tələb edir. Hər kəsə məlumdur ki, ölkəmizin demokratik inkişafının nəticəsidir ki, bugün əllidən çox siyasi partiya fəaliyyət göstərir.

Bu sözləriYeni Gundum”-ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Millət vəkili “Siyasi Partiyalar haqqında yeni qanun”-un əhəmiyyətinidə vurğulayıb.

‘’Bu mənada qeyd etdiyim proseslər ölkəmizin siyasi konfiqurasiyasına da ciddi təsir edir və eyni zamanda bu konfiqurasiyanın yeni daha yəkmil qanunverici bazasının yaradılmasını tələb edir. Əslində bu zərurət artıq 44 günlük Vətən müharibəsindən öncə artıq ictimai-siyasi sifariş kimi təzahür edilirdi. Və bununla bağlı müəyyən addımlar da atılırdı. Biz bunu qeyd etdiyim kimi II Qarabağ müharibəsində ölkəmizdə fəaliyyət göstərən 5 kalona xidmət edən bir neçə siyasi qrupdan başqa bütün siyasi partiyaların Dövlət Başçısı, Müzəffər Ali Baş Komandan ətrafında birləşərək milli həmrəylik və konstruktiv dialoq nümayiş etdirmələrində də bir daha şahid olduq.

Məhz bu həmrəylik ölkənin yeni siyasi konfiqurasiyasının formalaşmasında ciddi amil oldu. Elə bunun nəticəsidir ki,yeni formalaşan siyasi konfiqurasiya qanunvericilik sahəsində də daha təkmil siyasi sistemin təkmilləşdirilməsinin bir növ sosial sifarişi oldu. Eyni zamanda Milli Məclis tərəfindən lazımı addımların atılmasının əsası kimi qanunvericiliyin daha da təkmilləşdirilməsini aktual etdi. Xatırlatmaq istərdim ki, hələ ötən ilin əvvəlindən parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər.

Qeyd etdiyim kimi artıq ölkəmizdə ən demokratik prinsip və standartlara cavab verən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi günün tələbinə çevrilmişdir. Bildiyimiz kimi qüvvədə olan qanun hələ 1992-ci ildə qəbul olunmuşdur. Yəni müstəqilliyin ilk illərində, köhnə sistemdən yeni sistemə keçid dövrünə keçid dövründə, yəni 30 il öncə qəbul edilmiş qanunun bugünkü inkişaf  etmiş Azərbaycanda həyata keçirilməsi ciddi çətinliklər yaradırdı. Daha doğrusu ciddi boşluqlar olan qanun günümüzlə heç cürə uzlaşmırdı. Ötən illər ərzində ölkəmizin ictimai-siyasi həyatında, siyasi münasibətlərdə  mühüm dəyişikliklər baş verib. Bütün bunlar yeni qanunun hazırlanıb qəbul olunmasını zəruri edir.

Bir mənalı olaraq qeyd etməliyik ki, yeni qanun layihəsinin hazırlanması Azərbaycan Respublikasında demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış çox mühüm addımdır. Ölkəmizdə çox partiyalı sistemin bundan sonra da daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım hər kəs və bütün kəsimlər tərəfindən təqdirəlayiq hesab edilmişdir.

Bildiyimiz kimi, keçən il qəbul edilən “Siyasi partiyalar haqqında” Qanun hələ parlamentdə müzakirəyə çıxarılmamışdan öncə qanun lahiyəsi ölkədə fəaliyyət göstərən bütün siyasi partiya təmsilçiləri, müstəqil fəaliyyət göstərən siyasətçilər, eləcə də ekspertlər tərəfindən forum və dinləmələrdə müzakirə edilmişdir. Sözsüz ki, belə bir əhəmiyyətli qanun layihəsi haqqında, onun konseptuallığı haqqında ictimai fikrin öyrənilməsi çox vacibdir. Xatırlatmaq istərdim ki, bununla bağlı Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət etmişdilər.

Belə ki, Milli Məclisə yeni hazırlanacaq qanun layihəsi üçün 47 siyasi partiyadan 250-dən çox təklif də daxil olmuşdur.  “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra ötən ilin 23 noyabr tarixində Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına  çıxarılmazdan əvvəl Qanun layihəsi sentyabr ayının 7-si Milli Məclisin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilmişdir. Eyni zamanda Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış 40 çox önəmli məsələ ilə bağlı ictimai rəy sorğusu keçirilmişdir. Qanun layihəsinin siyasi, ictimai və hüquqi  əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirimişdir.

Çox vacib məqamlardan biri də odur ki, keçirilən Qanun layihəsi ətrafında keçirilən dinləmələr zamanı 70-ə yaxın, Milli Məclisdə komitə və plenar iclaslardakı müzakirələrdə 40-dan çox əlavə və dəyişiklik edilibdir. Qanun layihəsində Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınmışdır. Müzakirə ərəfəsində geniş ictimaiyyətin müzakirəsi məqsıdilə hətta qanun layihəsi Milli Məclisin saytında yerləşdirilmişdir. Daha təkmil və daha demokratik ruhlu qanunun qəbulu üçün ictimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilmiş və layihə ən son variantda plenar iclasın müzakirəsinə çıxarılmışdır. Qeyd etdiyim kimi, siyasi partiyaların ictimai müzakirələr zamanı səsləndirdiyi mütərəqqi və səmərəli fikirlər, təkliflər qanun layihəsində öz əksini tapmışdır. Belə ki, layihənin son variatında sənədlərin toplanması ilə bağlı müddət artırılmış, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılmışdır. Bütün bu aparılan işlər, daha doğrusu müxtəlif platformalarda geniş müzakirələrin təşkil edilməsində məqsəd qanun layihəsinin maksimum dərəcədə Azərbaycan Respublikasının Ana Qanunu olan Konstitusiyasına və Avropa İnsan Hüquqları Konvensiyasına uyğunlaşdırılmasına, sərbəst toplaşmaq və birləşmək azadlığı hüququnu özündə ehtiva etməsinə nail olmaq idi.

Elə bu məqsədlə də müzakirələr zamanı siyasi partiyalar və ictimaiyyət nümayəndələrinin səsləndirdiyi fikirlər qanun layihəsində öz əksini tapıbdır.

“Siyasi partiyalar haqqında” yeni Qanunda diqqətçəkən məqamlardan biri də 6.1-ci maddədə siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün üzvlərin tələb olan sayı iki dəfə azaldılaraq  bu sayın 5 minə endirilməsi idi. Və ya 5.1-ci maddədə göstərilən siyasi partiya təsisçilərinə qoyulan 20 il tələbi yeni Qanunda öz həllini tapmış oldu.

Bütün bunlar əlbəttə ölkəmizdə siyasi plüralizmin bariz nümunəsidir. Qeyd etmək istərdim ki, Qanundakı 3 faizlik baryer də aradan qaldırılmışdır. Təqdirəlayiq haldır ki, Azərbaycanda ilk dəfə dövlət hər hansı kvota qoymadan, yəni 3 faizlik baryer müəyyənləşdirmədən, siyasi rəqabəti gücləndirmək, hər bir vətəndaşın səsi uğrunda mübarizə aparmaq, seçiciləri partiyalara cəlb etmək üçün Avropa siyasi təcrübəsində geniş tətbiq olunan bir model milli  qanunvericiliyə daxil edilir. Qanunda siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır. Mühüm məqamlardan biri də Qanun layihəsinin 25.2.4 və 25.2.5-ci maddələrdir. Qəbul edilmiş qanunun son variantında siyasi partiyanın dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsinə icazə verilmir və siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ ləğv edilir və siyasi partiyanın və onun üzvlərinin məsuliyyəti, cavabdehliliyi və hesabatlılığı da artırılır.

Əlbəttə ki, yeni Qanun Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin daha   mütərəqqi sənəd olmaqla, ictimai əhəmiyyəti, siyasi sistemdə yaradacağı müsbət nəticələrlə dəyərləndirilməlidir. Hesab edirəm ki, 24 ölkənin, o cümlədən Avropa ölkələrinin də təcrübəsini də öyrənərək hazırlanmış “Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanunu gələcəkdə başqa ölkələr üçün model qanun olacaqdır. Əminliklə bildirmək istərdim ki, dövlətimizin ildən ilə daha güclü bir demokratik cəmiyyət hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu uğrunda aparıldığı əlverişli siyasi mühitdə belə bir qanunun qəbulu ölkəmizdə siyasi münasibətlərin inkişafına, partiyaların cəmiyyət həyatında iştirakçılığının artmasına, milli birliyimizə və həmrəyliyimizə  çoxsaylı töhfələr verəcəkdir.”