Buzovna sahillərində nə baş verir? – VİDEObackend

Buzovna qəsəbəsinin sahilləri və xüsusilə də zəbt edilən Buzovna qayaları sözün əsl mənasında azadlığına qoşuşur. Artıq qayalıqlarda tikilən bəzi qanunsuz obyektlər sökülüb. Buzovna qəsəbəsi sakinləri sevinir, amma onları hələ də üzən başqa səbəb  var. Onlar iddia edirlər ki, bir tərəfdə bu obyektlər sökülsə də, yaxınlıqda olan digər tərəfdə tikinti işləri aparılır.

Qanunsuz obyektlər sökülür. Qayalar sözün əsl mənasında azadlığına qovuşur.

Bura Xəzər rayonu, Buzova qəsəbəsi sahilləridir. Ölkə başçısının da dünən dediyi kimi, Buzovnada tarixə və təbiətə qarşı törədilmiş cinayət aradan qaldırılır.

Hazırda ölkə başçısının tapşırığına uyğun olaraq, bütün ölkə üzrə, o cümlədən Abşeron yarımadasında sahilboyu ərazilərdə qanunsuz zəbtetmə halları araşdırılır. Qanunsuzluqlar müəyyən edilən kimi adekvat addımlar atılır

Sakinlər iddia edirlər ki, söküntü işlərinin aparılmasına baxmayaraq, həmin ərazidə dəniz kənarında başqa obyektlərin tikintisi davam edir.

İddialarla bağlı tikilməkdə olan yaşayış komleksinə getdik. Kompleksin rəsmisi İqbal Həsənov bildirdi ki, həmin yerdə villaların tikintisi 13 hektarlıq ərazidə aparılır və ərazi rəsmi olaraq onların mülkiyyətindədir. O, insanların çimərliyə buraxılmaması iddialarına da münasibət bildirdi.

O ki qaldı işlərin gecə saatlarında aparılmasına, İqbal Həsənov bildirdi ki, may ayından başlayaraq sentyabr ayının ortalarına qədər ərazidə hər hansı tikinti işləri aparılmır.