Çalışmalıyıq ki, qızlarımız təhsil alsınlar – Arzu Bağırovabackend
Harda baş verməsindən asılı olmayaraq təbi ki,biz bu kimi hadisələrə çox üzülürük və  inanırıq ki,dövlət qurumlarımız bununla bağlı araşdırma aparacaqlar,lazımi tədbirlər görüləcəkdir.
Amma mən düşünürəm ki,bizim kimi qeyri-hökümət təşkilatlarının üzərinə düşən ən böyük məsələ ondan ibarətdir ki,biz hamımız birlikdə maarifləndirməni daha da artırmalıyıq. Zaman-zaman ölkəmizin müxtəlif bölgələrində də bu kimi hadisləri eşidirik,məlumatlar yayılır və bu bir daha onu göstərir ki,doğurdan da maarifləndirmə işinin daha da genişlənməsinə ehtiyac var.Bu istiqamətlərdə kütləvi informasiya vasitələrimizi,mətbuat və mediamızı çağırırıq ki,bizim səsimizin  maarifləndirmə yönündə daha geniş kütlələrə duyurulmasında dəstəklərini daha da artırsınlar.
Biz bir təşkilat olaraq hər zaman bu məsələyə önəm vermişik,çoxlu sayda maarifləndirmə tədbirləri həyata keçirmişik, bundan sonra da respublikamızın müxtəlif bölgələrində bu istiqamətdə maarifləndirməni davam etdirəcəyik.
Bildiyiniz kimi Covid-19 pandemiyasl səbəbindən son 1 ildə bölgələrə gedərək geniş maarifləndirmə işinin aparılmasında müəyyən məhdudiyyətlər var ancaq bu məhdudiyyətlərin yumşaldılması ilə daha da bu istiqamətdəki işlərimizi sürətləndirəcəyik .Bütün ailələrə və valideynlərə də çağırış edirik ki, qızlarınızın oxumasına,təhsilinə xüsusi diqqət etsinlər.Azərbaycanda bütün müsəlman Şərqində  ilk Qız Məktəbini açan Hacı Zeynalabdin Tağıyevin sözünü heç birimiz unutmamalıyıq.
O deyirdi ki, “Bir kişini oxutsan bir nəfəri qazanarsan,bir qadını oxutsan toplumu qazanarsan”
Ona  görə də biz çalışmalıyıq ki,qızlarımız orta ,ali və peşə təhsilini alsınlar.Təbi ki,istəyərik onların hamısının gözəl ailələri olsun amma düşünürük ki, bunların ikisini də paralel həyata keçirmək mümkündür.
Belə üzücü hadisələr onu göstərir ki, həm ailələrlə ,həm də məktəblilərlə daha çox işləməliyik.
Arzu Bağırova,
“Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri