“Cavanşir Feyziyev həbs edilməlidir” – Ölkədən qaçıb?backend

“Baş Prokurorluq Cavanşir Feyziyevlə bağlı Milli Məclisə təqdimat göndərməli, parlament də deputatın toxunulmazlığına xitam verməlidir. Bununla da Cavanşir Feyziyev həbs edilməlidir”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu jurnalist Əvəz Zeynallı bildirib.

Cavanşir Feyziyev etiraf edib ki, Londonda həbs qoyulan vəsait ona məxsusdur. Deyir, gedib həll edəcəyəm. Bundan soruşan yoxdur ki, bu qədər pulu haradan əldə etmisən? O, vəsaiti niyə İngiltərəyə yatırıb? Ölkədən niyə qaçır? Bunların əziyyətini şəhid ailələri, sadə xalq çəkir…” – Ə.Zeynallı qeyd edib.