Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən şirkət cərimələndibackend

“Buta Farm” MMC-yə daha bir cərimə protokolu yazılıb.

“Yeni Gündəm” xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Fiziki şəxslərə dərman vasitələrinin buraxılması qaydalarının və aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib.

İş hakim Elnur Nuriyevin icraatına verilib.

Məhkəmə iclası avqustun 3-nə təyin edilib.

Xatırlatma: “Buta Farm” MMC-yə daha əvvəl eyni xəta ilə bir neçə dəfə cərimə protokolu yazılıb.

Qeyd: Şirkətin deputat Cavanşir Feyziyevə məxsus olduğu iddia edilir.

Kamal Məmmədov