Cavanşir Məmmədov: Maşınların birini bir il, o birini beş ay sürürəm”backend

Müğənni Cavanşir Məmmədov toylardan əldə etdiyi gəlir barədə danışıb.

“Yeni Gündəm” xəbər verir ki, ARB telekanalında yayımlanan “Sözbaz” verilişinə qonaq olan ifaçı bir sezonda 30 min qazandığını açıqlayıb:

“Atam sağ olsa idi, bu qədər maşın almazdım. Birini bir il, o birini beş ay sürürəm. Ziyana düşürəm. Atam olsa, deyərdi filan etmək lazımdır. Söyləyərdi ki, bir-iki obyektin olsun və sair. Bəzi müğənnilərin iki-üç obyekti var. Deyirlər, toya 10 minə gedirlər. Bəli, toy oxumaq çətindir. Onun başqa yerdən qazancı gəlir.

Fikirləşir ki, ayda bir toya gedərəm, 10 min qazanaram. Lakin mən onun bir sezonda qazandığını, iki-üç sezona əldə edirəm. O, sezonda 50-100 min qazanır, mən isə 30 min. Yaxşı qazanmışam. Firuzə xanım şahiddir ki, insanları incitməmişəm”.