Cavid Qurbanov cərimələndi, iş Məzahir Pənahovun qardaşı oğlunun icraatındadırbackend

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karantin rejimini pozduğuna görə cərimələnib.

“Yeni Gündəm”-in məlumatına görə, protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib. İş hakim Babək Pənahovun icraatındadır.

QSC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.Report

Qeyd: B.Pənahov Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı oğludur.