CAVİD QURBANOV PANDEMİYADAN DA QAZANIR:SƏRNİŞİN QATARLARI NİYƏ İŞƏ DÜŞMÜR?backend

Azərbaycanda şəhərlərarası avtobusların işi bərpa olunsa da, qatarların hərəkətinə icazə verilməyib. TİA.Az-ın əldə etdiyi məlumata görə, bu məsələdə “Azərbaycan Dəmir Yolları” QSC-nin maraqlı olmadığı bildirilir. Xəbərlərə görə, qurumun sədri Cavid Qurbanov məsələnin gündəmə gəlməsini və müzakirəsini belə istəmir. Hazırda ölkədaxili sərnişin qatarları fəaliyyət göstərmir. Bu da həm əhalinin işini çətinləşdirir, həm avtobusla daşımalarda yüklənməyə səbəb olur. Halbuki ölkədə karantin rejimi xeyli yumşalıb, toylara icazə verilib, metro işini bərpa edib, avtobuslar bölgələrə və Bakıya gedib-gəlir, böyük ticarət mərkəzləri fəaliyyətdədir, yəni insanların kütləvi olduğu məkanların əksəriyyətində həyat normasına qayıdıb, təkcə sərnişin qatarları çalışmır.

Məlumata görə, C. Qurbanov müəmmalı səbəblərdən bunun əleyhinə çıxır. İddialara görə, sərnişin qatarlarının biletindən əldə edilən gəlir böyük mənfəət gətirmir, rentabelli deyil, amma hazırkı vəziyyətdə pandemiyadan zərər çəkən sahə kimi dövlətdən dotasiya ala bilir və bu da QSC sədrini qane edir. Bildirilir ki, C. Qurbanov bu yolla pandemiya dövründə kifayət qədər vəsaitin maxinasiyası imkanları əldə edib. Bura dəmiryol xətlərinin təmiri, relslərin dəyişdirilməsi, işsiz qalan dəmiryolçuların aldıqları kompensasiya daxildir. Hətta qatarların işinin bərpası gündəmə gələndə qurumun media emissarları bu xəbərlərin tirajlanmasını önləməyə çalışırlar. Çünki davamlı olaraq mətbuatın gündəmində qalması yekunda Nazirlər Kabinetinin əhalinin maraqlarına uyğun qərar verməsi ilə nəticələnə bilər. Ona görə müzakirəsinin qarşısını almağa cəhd göstərilir.

,