Cavid Süleymanov yazır…Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyidirbackend

Musteqil.az informasiya agentliyi xəbər verir ki, 28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi
demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il ötür.Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli respublika və
ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan
və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti
təmin edib.