Çavuşoğlu: Azərbaycan ərazisindən keçən nəqliyyat xətləri böyük əhəmiyyət daşıyırbackend

Azərbaycan ərazisindən keçən nəqliyyat xətləri böyük əhəmiyyət daşıyır.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, bəzən İran vasitəsi ilə nəqliyyatdan danışırlar, lakin İran vasitəsi ilə bu artıq mövcud idi:

“Orta Dəhliz isə həyati önəm daşıyır”.

Çavuşoğlu, həmçinin Türkiyə ilə İraq arasında strateji əhəmiyyət daşıyan nəqliyyat xəttinin çəkiləcəyini də vurğulayıb./APA