Çavuşoğlu Azərbaycan Prezidentini təbrik etdibackend

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Mövlud Çavuşoğlunun “Twitter”səhifəsində paylaşım edilib.

“Can Azərbaycanın Cənab Dövlət Başçısı, Vətən Müharibəsinin Müzəffər Ali Başkomandanı İlham Əliyevin 60-cı doğum gününü təbrik edirəm. Ad Gününüz mübarək, cənab Prezident!”, – qeyd olunub.