Çavuşoğlu ilə Lavrov Qazaxıstan və Cənubi Qafqazı müzakirə etdibackend

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

“Yeni Gündəm”-in “Haber Global”a istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı Türkiyə və Rusiya XİN rəhbərləri ikitərəfli əlaqələri müzakirə ediblər.

Tərəflər eyni zamanda, NATO-Rusiya Şurası iclası, Qazaxıstan, Bosniya və Herseqovina və Cənubi Qafqazdakı aktual proseslər barədə fikir mübadiləsi aparıblar.