Çavuşoğlundan Türkiyə Ermənistan münasibətləri ilə bağlı açıqlamabackend

Türkiyə Prezidentinin Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdik.

“Yeni Gündəm”-in xəbərinə görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN “Türk” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir.

Nazir xatırladıb ki, Ermənistan tərəfindən müəyyən müsbət mesajlar verilib. XİN rəhbəri Türkiyənin Ermənistanın müsbət mesajlarına qarşılıq verəcəyini diqqətə çatdırıb.

M. Çavuşoğlu vurğulayıb ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana çağırış etsə də, Ermənistan tərəfindən hələ də buna cavab verilməyib.