Çayda ayin zamanı faciə: Qəfil sel insanları apardı – VİDEObackend

Hindistanda yüzlərlə insanın iştirak etdiyi dini festival faciə ilə bitib. Belə ki, çayın içində keçirilən ayin zamanı suyun səviyyəsi qəfil qalxıb və axın adamları aparıb.

Faciə Jalpayquri rayonunda “Durqaya” ilahəsinə ibadət tədbirində baş verib. Qəfil fəlakətlə üzləşən insanlar sahilə çıxmağa imkan tapmayıblar.

Son məlumatlara görə, azı səkkiz nəfər ölüb, 40-a yaxın insan itkin düşüb.

Ölənlər arasında səkkiz yaşlı oğlan və 13 yaşlı qız da var.

Faciə yerinə çoxsaylı xilasedicilər cəlb olunub, itkin düşənlərin axtarışlarına başlanılıb.