Cəbhədə döyüşən məmur oğlu kimdir? – FOTOLARbackend
1996-cı il 9 may tarixində Bakı şəhərində ziyalı ailəsində dünyaya gələn Elvin Əhmədzadə İkinci Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərə könüllü qatılıb.  Füzuli uğrunda gedən ağır döyüşlərdə iştirak edib, igidlik və mərdlik nümayiş etdirərək Xocavənd istiqamətində hücuma keçərkən ağır yaralanıb.
İqtisad universitetinin məzunu olan Elvin Əhmədzadə döyüşlər zamanı daha əvvəl də, yaralansa da, valideynlərinə bu barədə heç bir məlumat verməyib.
O valideynlərinə mesaj göndərərək döyüşə yenidən yollanmışdır:
“Narahat olmayın məndən, mən gətməyəndən sonra kim gedəcək Laçını almağa”.
Sfera.az xəbər verir ki, Elvin Əhmədzadənin atası da bu döyüşlərdə ön cəbhənin mülki qəhrəmanlarındandır. Elvin Əhmədzadə hal-hazırda Azərişıq ASC-də yüksək vəzifə tutan Canəhməd Əhmədovun oğludur.
Canəhməd Əhmədov işğaldan azad edilən hər kənddə, hər məntəqədə enerji təchizatını gecə-gündüz demədən bərpa edən və həmin ərazilərdəki yenidənqurma işlərində iş otağından deyil, birbaşa öncəbhədən çalışan məmurlardandır.